Milli Paralimpiya Komitəsi 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.
Teleqraf xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən tədbirdə Komitə prezidentinin müşaviri Şahin Kazımzadə və baş katib Toğrul Rəhimov paralimpiyaçılarımızın il ərzində qazandıqları uğurlar və Komitənin gələcək hədəfləri barədə təqdimatla çıxış ediblər.
2025-ci ildə Azərbaycan paralimpiyaçılarının beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazandığı, o cümlədən, bir dünya və iki Avropa çempionu olduğu diqqətə çatdırılıb. Medal qazanan idmançılar arasında gənc və yeniyetmə paralimpiyaçılarımızın üstünlük təşkil etdiyi qeyd olunub.
Prezident İlham Əliyevin ölkədə idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafına daim xüsusi önəm verdiyi qeyd olunub.
Dövlət başçısı tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılmasının bunun növbəti təzahürü olduğu qeyd edilib.
Sonra Komitənin 2025-ci ildə gördüyü işlər və növbəti ildə görüləcək işlər barədə məlumat verilib.