BAKI, 19 avqust. TELEQRAF

Basketbol üzrə “Abşeron Lions” komandası daha bir yerli oyunçu transfer edib.

Teleqraf xəbər verir ki, Abşeron klubu Nicat Məmmədlini yenidən komandaya cəlb edib.

Qeyd edək ki, ötən mövsümü “Sərhədçi” klubunda keçirən Məmmədli, daha əvvəlki illərdə də “Abşeron Lions” (sabiq "AAF Xırdalan" və "Xırdalan) formasını geyinib.