BAKI, 1 iyul. TELEQRAF

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının reytinq cədvəlini təqdim edib.

Teleqraf nazirliyin rəsmi saytın istinadən xəbər verir ki, yanvarın 1-dən iyunun 30-dək idmançıların nəticələrinin nəzərə alındığı cədvəldə yeni qiymətləndirmə meyarları reytinqin daha da mükəmməl olmasına kömək edib.

Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (230 xal) üçüncü olub.

Azərbaycan idmançılarının 1 iyul 2025-ci il tarixə reytinq cədvəli belədir:

Zelim Tçkayev (Cüdo) 330 xal

Zelim Kotsoyev (Cüdo) 320 xal

Elcan Hacıyev (Cüdo) 230 xal

Rəşid Məmmədəliyev (Cüdo) 210 xal

Uşanqi Kokauri (Cüdo) 190 xal

Nikita Simonov (Kişi idman gimnastikası)165 xal

Qurban Qurbanov (Yunan-Roma güləşi) 160 xal

Giorgi Meşvildişvili (Sərbəst güləş) 150 xal

Həsrət Cəfərov (Yunan-Roma güləşi) 150 xal

Nihat Məmmədli (Yunan-Roma güləşi) 150 xal

Qeyd edək ki, reytinq cədvəli hər ayın əvvəlində nəticələrə uyğun olaraq yenilənəcək.