Argentinalı hücumçu Lionel Messi heyətinə yenicə qatıldığı “Inter Miami” futbol klubu tərəfindən təqdim edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 20 min azerkeşin izlədiyi təqdimat mərasimində klubun qurucularından biri, İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem də olub.

Qeyd edək ki, Messi “Inter Miami”nin şərəfini 2025-ci il mövsümü başa çatanadək qoruyacaq.