“Liverpul”un qapıçısı 25 yaşlı Loris Karius karyerası Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, “Beşiktaş” qapıçını 2.5 milyon avro məbləğində 2 illik icarəyə götürüb.

Müqavilədə Kariusun 8 milyon avro məbləğində satın alınması seçimi də var. Bu seçim “Beşiktaş”ın gələn mövsümdə avrokuboklara çıxdığı təqdirdə avtomatik olaraq aktivləşəcək.

Sövdələşmənin ötən gün keçirilən “Kristal Pelas” – “Liverpul” matçından sonra rəsmiləşməsi gözlənilir.