BAKI, 15 mart. TELEQRAF
Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendumda iştirak edən vətəndaşların 86,7%-i əsas qanunun yeni variantını dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə Avrasiya İnteqrasiyası İnstitutunun martın 15-də keçirdiyi ekzit-polun nəticələrində bildirilib.
“Xabar” telekanalının efirində açıqlanan nəticələrə görə, sorğuda iştirak edənlərin 86,7%-i Qazaxıstanın yeni Konstitusiyasını dəstəklədiyini bildirib.
“Socis-A” institutunun keçirdiyi digər ekzitpolun nəticələrinə əsasən isə respondentlərin 87,4%-i yeni Konstitusiyanın qəbulunun lehinə səs verdiyini qeyd edib.