BAKI, 16 mart. TELEQRAF
Gecə saatlarında Bakı səmasında dron səslərinin eşidilməsi müzakirələrə səbəb olmaqla yanaşı, narahatlıqla qarşılanıb.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.
MN-dən hadisə ilə bağlı başqa şərh bildirilməyib.