BAKI, 16 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran hakimiyyəti hazırda Vaşinqtonun irəli sürdüyü tələbləri yerinə yetirməyə hazır deyil.
Teleqraf xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran tərəfi danışıqlara maraq göstərsə də, hələlik ABŞ-nin tələb etdiyi addımları atmağa hazır görünmür.
“Onlar çox istəyirlər ki, danışıqlar aparılsın. Amma düşünmürəm ki, hazırdırlar. Mən hesab etmirəm ki, onlar etməli olduqları şeyi etməyə hazırdırlar. Lakin düşünürəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”, - deyə ABŞ prezidenti bildirib.