BAKI, 16 mart. TELEQRAF

ABŞ administrasiyası Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə patrul xidmətinin təşkili ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun bu məsələ ilə bağlı təxminən yeddi ölkə ilə danışıqlar apardığını bildirib.

“Haradasa yeddi ölkə ilə”, - deyə Tramp jurnalistlərin sualını cavablandırarkən təyyarəsinin göyərtəsində bildirib.