BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla razılaşma əldə etməyə ciddi maraq göstərir.

Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ və İran arasında dialoq və təmaslar davam edir.

O qeyd edib ki, Tehran tərəfi razılaşmanın əldə olunmasına böyük maraq göstərir.

Məlumata görə, məsələ ilə bağlı əlavə təfərrüatların açıqlanacağı gözlənilir.