BAKI, 15 mart. TELEQRAF

İran hüquq-mühafizə orqanları 500-dən çox şəxsi düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilərək həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam Respublikasının polis rəisi Rza Radan məlumat verib.

"500 casus düşmənə və anti-İran mediaya məlumat ötürürdü. Bu 500 nəfərdən 250-si əhəmiyyətli şəxslər olub, onlar hədəflərə zərbə endirmək üçün informasiya təmin edirdi, qruplaşmalarla əlaqə saxlayır və ictimai nizamı pozmağa çalışırdılar", - Radan bildirib.