BAKI, 16 mart. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Qırmızı dənizdə yerləşən “USS Gerald R. Ford” aviadaşıyıcısına xidmət göstərən logistika və servis mərkəzlərinin hədəf hesab edildiyini bildirib.

Teleqraf xəbər verir ki, məlumata görə, İran silahlı qüvvələrinin elit bölmələri sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda Qırmızı dənizdə fəaliyyət göstərən həmin obyektlərin potensial hədəf kimi qiymətləndirildiyi qeyd olunub.

“Qırmızı dənizdə yerləşən “USS Gerald R. Ford” aviadaşıyıcısının logistika və xidmət mərkəzləri İslam Respublikasının silahlı qüvvələri üçün hədəf hesab olunur”, - deyə İranın Tasnim agentliyinin yaydığı məlumatda bildirilir.