BAKI, 16 mart. TELEQRAF

İsrail və Livan arasında yaxın günlərdə atəşkəs məsələsi ilə bağlı danışıqların keçirilməsi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər yaxın günlərdə atəşkəsin əldə olunması istiqamətində danışıqlar aparmağı planlaşdırır.

Bundan əvvəl "The New York Times" qəzeti Livanın Səhiyyə Nazirliyinə istinadən yazıb ki, martın əvvəlindən etibarən İsrailin Livana endirdiyi zərbələr nəticəsində 850 nəfər həyatını itirib.