BAKI, 15 mart. TELEQRAF
İranda ABŞ və İsrailin zərbələrinin nəticələrini foto və video formatda qeydə alan 18 nəfər saxlanılıb, əlavə olaraq 21 nəfər məhkəmə tədbirlərinə cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikası Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılanlar terror şəbəkəsinin və "International media center"in əməkdaşları olub və onlar bombardman yerlərinin görüntülərini qarşı tərəfə ötürüb.
İranın dövlət televiziya və radio şirkətinə istinadən bildirilib ki, əlavə 21 nəfər də müvafiq məhkəmə tədbirlərinə cəlb olunub.