BAKI, 16 mart. TELEQRAF

Avropa İttifaqı ölkələri Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kredit məsələsində Macarıstana təzyiq göstərməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

Nazirin sözlərinə görə, Avropa ölkələri bu məsələdə qəti mövqe nümayiş etdirir və Budapeşt Aİ daxilində həmrəylik məsələsinə münasibətini aydınlaşdırmalıdır.

“Biz bu məsələdə çox israrlıyıq. Macarıstan bilməlidir ki, Avropa həmrəyliyini dəstəkləmək istəyir, yoxsa Avropa ailəsinin bir hissəsi olaraq qalmaq niyyətindədir”, - deyə Vadeful bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılmasına mane olmağa davam edəcəyi təqdirdə onun əlaqə məlumatlarını Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə verə biləcəyi ilə bağlı hədələyici açıqlama səsləndirib.

Viktor Orban isə Zelenskinin şantaj və təhdidlərinin nəticə verməyəcəyini bildirərək Macarıstanın bu cür təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb.