BAKI, 6 oktyabr. TELEQRAF
Quba rayonunda 60 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Teleqraf xəbər verir ki, hadisə oktyabrın 5-də Quba şəhərinin SUM-12 yaşayış massivində qeydə alınıb.
1966-cı il təvəllüdlü Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı fərdi evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.