BAKI, 2 oktyabr. TELEQRAF

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf-ın xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində baş verib.

Qurbanov Mənaf Yaqub oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində onunla eyni istiqamətdə hərəkətdə olan Abdullayev Aqşin Vilayət oğlunun idarə etdiyi “Mercedes E class” markalı avtomobilin toqquşması nəticəsində Mənaf Qurbanov aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.