Qərb ölkələri Ukrayna paytaxtında təhlükəsizlik vəziyyəti daha da pisləşərsə, səfirliklərini Kiyevdən köçürmək üçün ehtiyat planları hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, diplomatik nümayəndəliklər Lvova və ya Polşanın şərqinə köçə bilər. Adı açıqlanmayan diplomatlardan biri bildirib ki, vəziyyət sürətlə pisləşir.

Nəşr həmçinin Kiyev meri Vitali Kliçkonun şəhərin çox gərgin vəziyyətdə olmasına dair sözlərindən sitat gətirib: "Kiyevdə artıq dinc dövrdə yaşadığımız kimi yaşaya biləcəyimizi iddia etmək mümkün deyil".