BAKI, 28 sentyabr. TELEQRAF
İmişli Şəkər Zavodunda baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
FHN-dən Teleqraf-a verilən məlumatda bildirilir ki, yanğın hadisəsi İmişli Şəkər Zavodunun təmir işləri icra edilən boş anbar ərazisində baş verib.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisəyə operativ müdaxilə edərək yanğını qısa müddətdə söndürüblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Zavodda saxlanılan şəkər ehtiyatlarına hər hansı zərər dəyməyib.