BAKI, 30 iyul. TELEQRAF

Bu gün səhər saatlarında Odessa limanı yaxınlığında "Albatros Corporation" şirkətinə məxsus "ATA -2" (IMO 9387669) quru yük gəmisi 3 dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.

O, gəmiyə ciddi ziyan dəydiyini və onun 13 nəfərlik heyət üzvündən 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğunu bildirib.

Gəminin kapitanı Müşviq Mahmudov gəminin artıq Ruminiyanın Sulina bölgəsinə çatdığını bildirib.