BAKI, 26 iyun. TELEQRAF

Sabunçu rayonu ərazisində oğurluq faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, zərərçəkmiş şəxs polisə müraciət edərək 2700 manat maddi vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Əmrahlı və E.Əhmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.