BAKI, 26 iyun. TELEQRAF

Azərbaycanda ötən gün aşkar olunan narkotik vasitələrin miqdarı açıqlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 2,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.