BAKI, 26 iyun. TELEQRAF

İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 3,2 ton çəkidə 21055 ədəd çətənə və xaşxaş kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.