BAKI, 26 iyun. TELEQRAF
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən yataqxanalardan birində qeydə alınıb.
İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Ramazanov Zülfüqar Vaqif oğlu hələlik məlum olmayan səbəbdən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma başlanılıb.