BAKI, 26 iyun. TELEQRAF
Suraxanı rayonunda qadın sürücü qəza zamanı ağır xəsarər alıb.
Teleqraf xəbər verir ki, hadisə Günəşli qəsəbəsi ərazisində baş verib.
1971-ci il təvəllüdlü N.Nərgiz idarə etdiyi “Hyundai” markalı işıq dirəyinə çırpıb. Hadisə şahidlərinin verdiyi məlumata görə o sükan arxasında yuxulayıb. Qəza zamanı qadın müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.