BAKI, 26 iyun. TELEQRAF
Bakının Nəsimi və Xəzər rayonlarında piyada vurulması ilə nəticəlınən yol qəzaları qeydə alınıb.
Teleqraf xəbər verir ki, Bülbül prospektində yolu keçən 2005 ci il təvəllüdü Racov Səməd İlyas oğlunu avtomobil vurub. Xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Digər hadisə isə Mərdəkan qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Daşdəmirov İlqar Mülazim oölu piyada üçün müəyyən edilməyən hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirolib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.