BAKI, 11 may. TELEQRAF

Bakının Sabunçu rayonunda oğurluq edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.