BAKI, 11 may. TELEQRAF
Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan 4 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının mayın 9-da və 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.