GƏNCƏ, 9 may. TELEQRAF

Gəncədə köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan "Sem Sam" şirkətində yanğın olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğın söndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində utilaziyaya verilən üm avtomobil və ərazidə olan şinlər yanıb. Hadisənin səbəbləri dəqiqləşdirilir.\

Yanğın FHN-in mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.