BAKI, 9 may. TELEQRAF
Azərbaycanda ötən gün polisin keçirdiyi əməliyyat zamanı aşkar olunan narkotik vasitələrin miqdarı məlum olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Naqzirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.