BAKI, 9 may. TELEQRAF
Azərbaycanda ötən gün dələduzluq ittihamı ilə axtarışda olan 15 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının mayın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.