SUMQAYIT, 8 may. TELEQRAF
Sumqayıtda kişi meyiti aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Siyavuş Qasımov yaşayış binalarından birinin giriş hissəsində həyatını itirmiş halda tapılıb.
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.