BAKI, 8 may. TELEQRAF
Bakının Sabunçu rayonunda avtobusda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatdan istifadə etdiyi zaman cibində olan mobil telefonunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən 48 yaşlı Adil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Həmçinin ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.