BİLƏSUVAR, 7 may. TELEQRAF

TƏBİB Biləsuvar şəhərində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün saat 02:00 radələrində 2006-cı il təvəllüdlü kişi cinsli şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ əl və kürək nahiyəsinin açıq yarası diaqnozu təyin edilib.

Pasiyent üzərində cərrahi əməliyyat icra olunub. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Biləsuvarda iki gəncin bıçaqlanması ilə nəticələnən hadisə şəhər ərazisində qeydə alınıb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Kənan Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Şahbazov müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.