SUMQAYIT, 6 may. TELEQRAF

Sumqayıt şəhərində baş verən hadisə hüquq-mühafizə orqanlarını hərəkətə keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin mərkəzi stadion kompleksində bir nəfərin cansız bədəni aşkarlanıb.

Məlumata görə, 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti stadion ərazisində fəaliyyət göstərən cüdo məşq zalında tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit ekspertiza üçün müvafiq qurumlara göndərilib.

Hadisənin səbəbləri araşdırılır.