BAKI, 4 may. TELEQRAF

Mingəçevirdə universitet tələbəsi ölüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə ikinci kurs tələbəsi 2006-cı il təvəllüdlü Həsən Muhamməd Abdullah oğlu dərsdən kənar saatlarında dostları ilə idmanla məşğul olarkən qəfildən keçinib.

Qeyd edək ki, ölən tələbə Sumqayıt sakinidir.

Faktla bağlı araşdırma aparılır.