TOVUZ, 2 may. TELEQRAF
Tovuz rayon sakini dəm qazından boğularaq ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Aşağı Öusüzlü kənd sakini 1953-cü il təvəllüdlü Rafil Hüseynov yaşadığı evin yataq otağında dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları gəlib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.