BAKI, 2 may. TELEQRAF

Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan 9 nəfər saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.