TOVUZ, 2 may. TELEQRAF
Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının il dönümü ilə bağlı məzarını ziyarət etməyə gəlib.
Bu zaman qadın qəbiristanlıqda yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qadının xəstəxanada öldüyü məlum olub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.