GƏNCƏ, 1 may. TELEQRAF
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı minik avtomobili ilə mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.