BAKI, 1 may. TELEQRAF
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobil ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən azyaşlını vurub.
Sürücü sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı fərdi yaşayış evininin həyətinə aşıb. Nəticədə azyaşlı piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Minik maşının sürücü isə xəsarət almayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başlanılıb.