BAKI, 30 aprel. TELEQRAF
Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən 1 may saat 23:00-dan 04 may saat 07:00-dək paytaxtın Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Həmçinin 1–3 may tarixlərində xarici dairəvi yolda ("20 Yanvar" istiqaməti) hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 1–4 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq olunacaq.
Qeyd edək ki, xarici dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək