BAKI, 29 aprel. TELEQRAF
Bakının Xətai rayonunda 1 nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma başlayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Ağdaş rayon sakini Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini olan yetkinlik yaşına çatmayan qız kirayədə yaşadıqları mənzilin hamam otağında dəm qazından zəhərləniblər.
Yusuf Mehmet oğlu Atalay hadisə yerində ölüb, qız isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.