BAKI, 28 aprel. TELEQRAF

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə aprelin 27-də saat rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlunun idarə etdiyi “VAZ 21043” markalı minik avtomobili ilə Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

Z. Murad aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.