BAKI, 27 aprel. TELEQRAF

Gədəbəy rayonunun Mormor kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.