BAKI, 27 aprel. TELEQRAF

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb.