GƏNCƏ, 26 aprel. TELEQRAF
Gəncədə yük avtomobili yanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Sevil Qazıyeva küçəsində qeydə alınıb.
Elşən Cəfərova məxsus avtomobildə yanğın baş verib. Hadisə zamanı sürücü avtomobili keçirməyə çalışsa da əl və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürən avtomobili cəlb olunub. Alov söndürülüb. Hadisənin səbəbləri araşdırılır.