BAKI, 26 aprel. TELEQRAF

Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:36:12-də baş verib.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.