GƏNCƏ, 25 aprel. TELEQRAF
Gəncədə çay evlərindən birində dava baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bir neçə nəfərin iştirak etdiyi hadisədə şəhər sakini 2005-ci il təvəllüdlü Adil Kazımov bıçaq yarası ilə xəstəxanalardan birinə gətirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.