BAKI, 22 aprel. TELEQRAF
Azərbaycanda ötən gün polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aşkar olunan narkotik vasitələrin miqdarı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 21-də ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.